Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

16 yaşlı qız manyakın əlindən görün necə xilas oldu

16 yaşlı qız manyakın əlindən görün necə xilas oldu

Tarix: 21 Oktyabr 2022 20:20

16 yaşlı tələbə qız Moskva vilayətinin Rayki kəndi yaxınlığında onu zorlamaq istəyən kişinin dilini dişləyərək qurtula bilib.

Milli.Az bildirir ki, MK-nın məlumatına görə, hadisə oktyabrın 19-da axşam saatlarında baş verib.

Qız avtobus dayanacağından evə gedərkən manyak ona hücum edib. Qızın dediyinə görə, o, asiyalı görünüşlü idi və gözündə tibbi sarğı olub. Hücum zamanı tələbə müqavimət göstərməyə başlayıb, cinayətkarı yerə yıxıb və dilini dişləyib. Daha sonra qız, hadisə yerindən qaçıb.

Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində dilin fraqmentləri aşkar ediblər.

İrfan Vəliyev
Milli.Az


Etiketlər:  16 yaşlı qız manyakın əlindən görün necə xilas oldu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ