Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Oktyabr 2022 04:45
Bir müddət əvvəl boşanma qərarı alan amerikalı model-aktrisa Emili Ratajkovski "Harper's Bazaar" jurnalının üz qabığı üçün kamera qarşısına keçib.
Sonxeber.net axşam.az-a istinadən bildirir ki, model müsahibəsi əsnasında boşanması və yeni münasibətlərindən danışıb. Xəyanətə uğradıqdan sonra boşanma qərarı almasında müxtəlif emosiyalar - qəzəb, kədər, həyəcan, bəzən də sevinc hissi yaşadığını deyib:
"Bunun yeganə yaxşı tərəfi, bütün bunları hiss etməyimdir, çünki bu, məni yaxşı olacağıma inandırır".
Emili kişilərə qarşı münasibətinin dəyişdiyini vurğulayıb. O, bildirib ki, hazırda onun üçün ən vacib olan oğludur.
Model etiraf edib ki, o, artıq tək deyil.
Qeyd edək ki, model bir neçə ay əvvəl amerikalı aktyor Sebastian Bear MakKlardla xəyanətə görə boşanmaq istədiyini açıqlayıb. 2018-ci ildə ailə quran cütlüyün 2021-ci ildə övladı dünyaya gəlib. Hətta aktrisa sonuncu dəfə biseksual olduğunu açıqlamışdı.