Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Yunanıstana qarşı həmlə: Hollandiya mediasından şok təhlil

Yunanıstana qarşı həmlə: Hollandiya mediasından şok təhlil

Tarix: 22 Oktyabr 2022 19:39

Hollandiya mətbuatında Yunanıstanın böhtanlarına qarşı Türkiyəni dəstəkləyən diqqətçəkən bir təhlil yayımlanıb. Təhlildə Yunanıstan hakimiyyətinin bilərəkdən Türkiyə əleyhinə açıqlamalar verdiyi bildirilib.

Sonxeber.net "qafqazinfo"-ya istinadən xəbər verir ki, məqalədə Avropa İttifaqının (Aİ) Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin (OLAF) hesabatından dərhal sonra Birliyin xarici sərhədlərinin qorunmasından məsul qurum olan "Frontex" Yunanıstan sahil mühafizəsinin qanunsuz basqını ört-basdır etdiyi, Yunanıstanın immiqrasiya və sığınacaq naziri Notis Mitarakisin Türkiyəni ittiham edən tvitinin şübhə ilə qarşılandığı vurğulanıb.

Əlavə olunur ki, Türkiyənin pis rəftar edildiyini iddia etdiyi 92 qaçqını xilas etmələri ilə bağlı xəbəri Yunanıstanın hesabata görə dərin utancını "ört-basdır etmək" cəhdi kimi qiymətləndirib.

Təhlildə, "Frontex"in əməliyyatlarda iştirak etməməsinin "Yunanıstan təhlükəsizlik bölmələrinin mümkün geri çəkilmələrini görməmək üçün" ola biləcəyi ilə bağlı təxminlər paylaşılıb.

Təhlildə qeyd olunub ki, "Frontex" həm də miqrantları dəniz sərhədindən geri itələmək və hüquq pozuntularına göz yummaq üçün məsuliyyət daşıyır.

Təhlildə vurğulanıb ki, Yunanıstanın sərhədi hərbi zona elan etdiyi və jurnalistlər, QHT müşahidəçiləri və mülki şəxsləri qəbul etmədiyi üçün iddialarını təsdiqləmək çox çətindir.

Yunanıstanı tənqid edən qəzetlərin iş icazələrini itirmək təhlükəsi ilə üzləşdiyi qeyd edilən təhlildə ölkədəki QHT-lərə hökumətin ritorikasını dəstəkləmək üçün təzyiqlərə məruz qaldığı vurğulanıb.

Təhlildə Yunanıstan tərəfindən geri itələnərək Evros çayı üzərindəki bir adada aclıq və əqrəb sancması səbəbiylə ölən beş yaşlı suriyalı qaçqın qız məsələsində Türkiyəni də eyni şəkildə günahlandırdığı xatırladılıb. Bildirilib ki, məsuliyyət Yunanıstanın üzərinə düşür.

Sözügedən hadisə ilə əlaqədar Sərhəd Zorakılığının Monitorinq Şəbəkəsinin (BVMN) rəsmisi Hope Barker deyib ki, Yunanıstan termal kameralarla gözətçi qüllələri ilə bölgəni 3 mil məsafəyə qədər izləyə bilməsi ilə öyünür və beləliklə immiqrantların miqrasiyasının qarşısını alır. Ancaq sərhəddə ac-susuz gözləyən qaçqınlar barədə soruşduqda deyirlər ki, onları görə bilmirlər, tapa bilmirlər.

Təhlildə Barkerin Yunanıstan rəsmilərinin qızın öldüyünü iddia etdiyi və sonra qızın valideynlərinə qızlarının olmadığını bildirmək üçün təzyiq göstərdiyinə dair ifadələrə istinad edilib.


Etiketlər:  Yunanıstana qarşı həmlə Hollandiya mediasından şok təhlil


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ