Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Oktyabr 2022 19:57
"Bir neçə gün əvvəl Azərbaycanda idik. Azərbaycanın İkinci Qarabağ müharibəsindən sonra işğaldan azad edilmiş ərazilərdə uğurla apardığı yenidənqurma işlərinin şahidi olduq".
Sonxeber.net "Report"a istinadən bildirir ki, bu sözləri Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
"Zəngilan hava limanının açılışını etdik. Dəmir yolu layihələrinin təməlini qoyduq", - Çavuşoğlu bildirib.
Qeyd edək ki, oktyabrın 20-də Zəngilan Beynəlxalq Hava Limanının açılış mərasimi olub. Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan açılış mərasimində iştirak ediblər. Mərasimə Türkiyənin dövlət və hökumət rəsmiləri də qatılıb.