Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Oktyabr 2022 20:02
Göygöldə bədbəxt hadisə baş verib.
Sonxeber.net APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Quşqara kəndində qeydə alınıb.
Kənd sakini 1991-ci il təvəllüdlü Elşən Abbasov yaşadığı evdə qaz xəttini düzəldən zaman ehtiyatsızlıqdan hündürlükdən yıxılıb.
31 yaşlı kişi xəstəxanaya aparılsa da, həyatını itirib.
Faktla bağlı araşdırma aparılır.