Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bakıda dəhşətli qəza - Avtobus marketə girdi - FOTO

Bakıda dəhşətli qəza - Avtobus marketə girdi - FOTO

Tarix: 22 Oktyabr 2022 21:46

Bakının Nizami rayonunda avtobus əyləc sistemində nasazlıq səbəbindən yaxınlıqdakı mağazanın divarına dəyib.

Hadisə ilə bağlı Bakı şəhər İcra Hakimiyyətinin Tabeliyində olan Bakı Nəqliyyat Agentliyi məlumat yayıb.

Məlumatda qeyd olunub ki, bu gün axşam saatlarında Nizami rayonu C.Naxçivanski küçəsində Bakubus MMC-nin istismarında olan 30 saylı müntəzəm marşrut xətti üzrə hərəkət edən "BMC" markalı avtobusun iştirakı ilə yol nəqliyyat hadisəsi baş verib:

"İlkin məlumata görə, avtobusun əyləc sistemində nasazlıq olduğundan nəqliyyat vasitəsi yaxınlıqdakı mağazanın divarına dəyib. Hadisə nəticəsində avtobusa və mağazaya ziyan dəysə də, heç bir xəsarət halı qeydə alınmayıb. Bakı Nəqliyyat Agentliyi hadisə ilə bağlı araşdırma aparır. BakuBus MMC-nin məsul şəxsləri Agentliyə çağırılıb. Bəzi KİV-də hadisə nəticəsində ölən və yaralananları olması barədə yayılan məlumatlar həqiqətə uyğun deyil".

Milli.Az


Etiketlər:  Bakıda dəhşətli qəza Avtobus marketə girdi FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ