Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Oktyabr 2022 23:34
Çilinin paytaxtı Santyaqoda ağlasığmaz oğurluq hadisəsi baş verib.
Sonxeber.net musavat.com-a istinadən bildirir ki, oğrular insanların sıx olduğu küçədəki mağazalardan birini qarət ediblər.
Oğrular qartədən dərhal sonra polisin təqibi zamanı oğurlanmış milyonlarla Çili pesosu avtomobil yoluna səpiblər. Polislər onları təqib etməyə başlayanda oğurladıqları pullardan xilas olmaq üçün belə addım atıblar. Təxminən 10 milyon Çili pesosu magistral yola səpilib.
Pulun yola səpilməsi anları kameralara əks olunub. Oğurlanan pullar polislər tərəfindən magistraldan yığışdırılıb. Əvvəllər də oğurluqla məşğul olan 6 soyğunçu isə çox keçmədən yaxalanıb.