Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Oktyabr 2022 08:33
Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunlarının komandanı Aleksandr Sırski hərbi strategiyanın bəzi məqamlarını açıqlayıb
Sonxeber.net "Report"a istinadən bildirir ki, bu barədə Aleksandr Sırski "ABC News" telekanalına müsahibəsində bildirib.
O, qeyd edib ki, Ukrayna Silahlı Qüvvələrinin Rusiyaya qarşı müharibədə strategiyasının əsas məqamlarından biri təchizat məntəqələrinə davamlı zərbələrdir.
Sırski, həmçinin əlavə edib ki, Rusiyanın artilleriyada üstünlüyə malik olduğu toqquşmaların dəf edilməsi də hərbi strategiyada nəzərdə tutulur.
Komandanın sözlərinə görə, Ukrayna qüvvələri minimal itki ilə hədəfə çatmaq üçün mobil hücumlar həyata keçirir.