Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Oktyabr 2022 21:50
"Rusiya ukraynalıların harada "çirkli bomba" hazırladığını təxmini bilir".
Sonxeber.net APA-ya istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Valday Diskussiya Klubunun plenar iclasında bildirib.
Putin qeyd edib ki, Kiyev "çirkli bomba" yaratmaq üçün "Toçka-U"ya nüvə yanacağı yükləyə bilər:
"Kiyev "çirkli bomba"nın hazırlanmasının izlərini ört-basdır etmək üçün hər şeyi edir".
Rusiya Prezidenti Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin "çirkli bomba" xəbərlərini yoxlamaq üçün Ukraynaya səfərini dəstəklədiyini də söyləyib.
Putin müdafiə naziri Sergey Şoyquya Ukraynanın "çirkli bomba" ilə təxribatı barədə həmkarlarına məlumat verməyi şəxsən tapşırdığını da bildirib.