Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qış gəldi, kombilər bahalaşdı - VİDEO

Qış gəldi, kombilər bahalaşdı - VİDEO

Tarix: 29 Oktyabr 2022 15:56

Təlabat artdıqca, qiymətlər də qalxır.

Sonxeber.net Xəzər TV-yə istinadən bildirir ki, bazarda istilik sistemləri bahalaşıb. Belə ki, qış mövsümü yaxınlaşdıqca kombi, radiator və sobaların satışında canlanma yaranıb. Bu da qiymətlərə təsirsiz ötüşmür. Satıcılar deyirlər ki, radiatorlar ötən il ilə müqayisədə 30-40 faizədək bahalaşıb. İtaliya istehsalı olan radiatorların qiymətində isə daha çox artım var.

Kombilərin qiymətidə müəyyən qədər bahalaşıb. Hazırda satışda olan kombi brendləri 550-1200 manat aralığındadır. 

Qaz və elektriklə işləyən sobaların qiyməti isə ölçüsünə və dizaynına görə dəyişir.

Satıcıların dediyinə görə, qiyməti sərfəli olduğu üçün müştərilərdaha çox soba almağa üstünlük verirlər.


Etiketlər:  Qış gəldi kombilər bahalaşdı VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ