Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Oktyabr 2022 16:18
Karta səhvən gələn pulu geri qaytaran şəxs məhkəməyə verilib.
Sonxeber.net Azxəbər-ə istinadən bildirir ki, səhvən hesabına gələn 10 min lirəni geri qaytaran pulun sahibi məhkəməyə verilib.
Adanada biznesmen olan Halit Daşın özəl bankdakı hesabına 10 min lirə yatırılıb. O, pulu göndərən şəxsi tanımadığı üçün dərhal bankla əlaqə saxlayıb və 10 min lirənin qaytarılmasını tələb edib. Lakin özəl bankdan pulun qaytarıla bilməyəcəyi və hesabın bağlanacağı bildirilib. Bunun üzərinə Halit Daşın öz hesabı bloklanıb.
Bir neçə gün sonra o, təsadüfən hesabına göndərilən pulu sahibinə qaytarıb. Lakin bir müddət keçdikdən sonra ona gələn çağırış vərəqi onu şoka salıb. Pulunu qaytardığı şəxs hesabını ələ keçirdiyini iddia edərək Daşı məhkəməyə verib.
Heç bir cinayəti olmadan məhkəməyə müraciət etməli olan Daş "Mən bir yaxşılıq etdim, amma məni hesab oğrusu etdilər. Mənim bu adamın hesabı ilə heç bir əlaqəm yoxdur. Yaxşılıq etdim, qarşılığında pislik gördüm", - deyə bildirib.