Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Prezident: İndi isə münasibətlərin normallaşdırılması istiqamətində hərəkət etmək vaxtıdır

Prezident: İndi isə münasibətlərin normallaşdırılması istiqamətində hərəkət etmək vaxtıdır

Tarix: 31 Oktyabr 2022 18:57

İki il əvvəl üçtərəfli Bəyanat imzalandı və çoxillik münaqişəyə son qoyuldu. İndi isə münasibətlərin normallaşdırılması istiqamətində hərəkət etmək vaxtıdır.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bu fikri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 31-də Soçidə Rusiya Federasiyasının Prezidenti Vladimir Putin ilə görüşdə deyib.

Azərbaycanın münasibətlərin normallaşdırılması üçün bu yaxınlarda beş əsas prinsip irəli sürdüyünü xatırladan dövlətimizin başçısı bildirib: "Azərbaycan-Ermənistan münasibətləri bu prinsiplər əsasında normallaşdırılmalıdır. Bunlar beynəlxalq hüququn fundamental prinsipləridir. Düşünürəm ki, münasibətlərin normallaşdırılmasına bu əsasda nail olmaq olar".


Etiketlər:  Prezident İndi isə münasibətlərin normallaşdırılması istiqamətində hərəkət etmək vaxtıdır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ