Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Oktyabr 2019 10:04
Avropa Liqasının qrup mərhələsinin 2-ci turunda keçirilən oyunlardan sonra UEFA-nın yeni reytinqi açıqlanıb.
Qol.az UEFA-nın saytına istinadən xəbər verir ki, təmsilçimiz "Qarabağ"ın Lüksemburda "Düdelanj"a qalib gəlməsi Azərbaycanın xalını artırıb. Aədam klubunun 4:1 hesablı qələbəsi ölkəmizə 0,500 xal qazandırıb. Bu da Azərbaycanın cari mövsümdəki əmsalını 2,875-ə yüksəldib. Ölkəmiz 17.750 xalla 26-cı pillədə qalıb. Son 5 ilin nəticələrinə görə hesablanan reytinqimiz 18,250 xal olub.
Qeyd edək ki, Azərbaycandan 1 pillə irəlidə olan Qazaxıstanın 18.750 xalı var.