Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycanda planlaşdırılan aksiyada İran səfirliyinin də adı hallandı - VİDEO

Azərbaycanda planlaşdırılan aksiyada İran səfirliyinin də adı hallandı - VİDEO

Tarix: 1 Noyabr 2022 23:00

Xəbər verdiyimiz kimi, Dövlət Təhlükəsizliyi Xidməti İranın xüsusi xidmət orqanlarına işləyən Azərbaycan vətəndaşları ilə bağlı əməliyyat keçirib.

Dövlət Təhlükəsizliyi Xidmətinin yaydığı rəsmi məlumatda İranın Azərbaycandakı səfirliyinin də adı keçir.

Belə ki, araşdırmalar zamanı həmçinin qeyd olunan hərbi təlimlərə cəlb edilmiş Məmmədov Fəqan Sədrəddin oğlunun daha sonra İranın Azərbaycandakı səfirliyinə məxsus avtomaşınla Azərbaycana çatdırılan, üzərində dini məzmunlu şüarlar yazılmış köynəklərin respublikanın bəzi rayonlarında keçirilməsi planlaşdırılan aksiyaların iştirakçılarına paylanmasını təşkil etməsinə əsaslı şübhələr müəyyən edilib.

Məlum olub ki, qeyd olunan xüsusi xidmət orqanlarının nümayəndələri Ermənistan silahlı birləşmələrinin işğalçı əməllərinə bəraət qazandırmaları ilə əlaqədar aralarında fikir ayrılığı yaranan Azərbaycan vətəndaşlarını sonra da təsir dairəsində saxlamaq üçün onları cəlb edildikləri hərbi təlimlərə dair videokadrlarla və digər üsullarla şantaj ediblər.


Etiketlər:  Azərbaycanda planlaşdırılan aksiyada İran səfirliyinin adı hallandı VİDEO


RƏYLƏR