Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Yaşıl Marafon” çərçivəsində payız ağacəkmə aksiyalarına start verilib - FOTO

“Yaşıl Marafon” çərçivəsində payız ağacəkmə aksiyalarına start verilib - FOTO

Tarix: 2 Noyabr 2022 18:42

Noyabrın 2-də Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın iştirakı ilə Bakıda "Ümumrespublika Yaşıllaşdırma Marafonu"nun ("Yaşıl Marafon") payız mövsümü üzrə ilk ağacəkmə aksiyası keçirilib.

Birlikdən verilən məlumata görə, ağacəkmə aksiyası zamanı gənc könüllülərin iştirakı ilə Abşeron yarımadasının torpaq-iqlim şəraitinə uyğun 300 ədəd zeytun və şam ağacları əkilib. Aksiyaya, həmçinin, Azərbaycanda səfərdə olan vəhşi təbiətin mühafizəsi üzrə İsveçrədə fəaliyyət göstərən Bioparc Geneve təşkilatının nümayəndələri qoşulub.

IDEA İctimai Birliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə həyata keçirilən "Yaşıl Marafon" kampaniyası çərçivəsində ölkənin müxtəlif regionlarında yaz-payız əkin mövsümlərində kütləvi ağacəkmə aksiyaları təşkil olunur.

Qeyd edək ki, ötən il "Yaşıl Marafon" çərçivəsində ölkə üzrə 1 milyon ağac əkilməsinə nail olunub. 2022-ci ildə daha çox sayda ağac əkilməsi ilə bərabər, digər irimiqyaslı yaşıllaşdırma işlərinin aparılması da nəzərdə tutulur.

Belə ki, bu ildən layihə çərçivəsində yaşıl dəhlizlərin yaradılmasına, mürəkkəb relyefli, sərt yamaclı ərazilərdə ağaclıqların salınması ilə terras tipli əkinlərin həyata keçirilməsinə başlanılıb.

Layihənin əsas məqsədi yaşıllıq sahələrinin artırılması ilə yarana 

Milli.Az


Etiketlər:  Yaşıl Marafon çərçivəsində payız ağacəkmə aksiyalarına start verilib FOTO


RƏYLƏR