Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Çöhrəqani illər sonra Azərbaycan televiziyalarına müsahibə verdi - VİDEO

Çöhrəqani illər sonra Azərbaycan televiziyalarına müsahibə verdi - VİDEO

Tarix: 5 Noyabr 2022 12:33

Cənubi Azərbaycan Milli Oyanış Hərəkatının lideri Mahmudəli Çöhrəqani illər sonra Azərbaycan televiziyalarına müsahibə verib.

Sonxeber.net "qafqazinfo"ya istinadən xəbər verir ki, hazırda ABŞ-da yaşayan siyasətçi AZTV və İTV-də İrandakı son prosesləri şərh edib. AZTV-nin "Əsas məsələ" verilişinə canlı efirə qoşulan siyasətçi ABŞ Prezidenti Co Baydenin İrandəkı proseslərlə bağlı dediyi "iranlılar özləri özlərini azad edəcəklər və biz də prosesə dəstəyimizi göstərəcəyik" fikrinə münasibət bildirib.

M. Çöhrəqani qeyd edib ki, bəlkə də, İranda bizim gözlədiyimizdən tez inqilab ola bilər: "Biz diqqətli olmalıyıq. Bu rejimi o qədər fəsad bürüyüb ki. Yetər kəlməsini işlətməliyik. 100 illlik təhqir, həqarət, istismar yetər. Ən ibtidai haqlarımızdan məhrum olmağımız yetər. Anan öz doğduğu uşağına laylay çaldığı dildə ad qoya bilmir. 70 min erməniyə Tehranda abidə qoydular. 300 min güney azərbaycanlı İran-İraq müharibəsində şəhid oldu. Bu azərbaycanlının nə haqqı var, ey molla rejimi? 35 milyon azərbaycanlı, 43 milyon İran türkünün ana dilinin əlifbasını öyrənməyə haqqı yoxdur, mədəniyyət mərkəzi qurmağa haqqı yoxdur. Buna "yetər" deməliyik və bu rejimin qarşısına nə lazımdı verəcəyik".

Qeyd edək ki, M. Çöhrəqani 2001-ci ildə İranı tərk edəndən sonra bir neçə ay Azərbaycanda qalmışdı. Sonradan ABŞ-a köçən siyasi lider Azərbaycanda sonuncu dəfə 2006-cı ilin iyununda olub. O, 2013-cü ilin avqustunda Bakıya gəlsə də, viza problemi səbəbi ilə geri qaytarılıb. 


Etiketlər:  Çöhrəqani illər sonra Azərbaycan televiziyalarına müsahibə verdi VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ