Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İranda Bakıdan gedən azərbaycanlılara ERMƏNİLƏR dərs keçir - AÇIQLAMA

İranda Bakıdan gedən azərbaycanlılara ERMƏNİLƏR dərs keçir - AÇIQLAMA

Tarix: 5 Noyabr 2022 14:12

"İranın və Ermənistanın hərbi kəşfiyyatı birlikdə bir təşkilat yaradıb. Bu təşkilatın əsas funksiyası türk dövlətlərindən dini təhsil almaq məqsədi ilə İrana gələn gəncləri öz dövlətlərinə qarşı radikal qüvvə kimi hazırlamaqdır".

Milli.Az bildirir ki, bunu Azərbaycan Strateji Araşdırmalar Mərkəzinin Kanada təmsilçisi Aslan İsabəyli Bizim.Media-ya müsahibəsində bildirib.

O, əlavə edib ki, bu quruma rəhbərlik edən İranda doğulmuş milliyətcə erməni olan Tiqran Dəmirçiyandır. Lakin İranda onu hamı Mehdi adı ilə tanıyır:

"Bu erməni gədəsi Tiqran Dəmirçiyan uzun müddət Ermənistanda olub. Burda xüsusi xidmət orqanları tərəfindən təlimatlandırılıb, yetişdiriləndən sonra İrana göndərilib.  O da Azərbaycandan, Türkmənistandan, Qırğızıstandan, Özbəkistandan, Qazaxstandan və Rusiyadan gələn və burada dini təhsil alan insanlara Mehdi islamı "əxz elətdirir".

Aslan İsabəyli Azərbaycan Milli Təhlükəsizlik Xidmətinin həyata keçirdiyi son əməliyyat zamanı İranda istehsal olunmuş köynəklər barədə də danışıb:

"Həmin köynəklərin üstündə xüsusi işarələr var. Terroru əks etdirən qılınc əsas simvollarıdır. Erməni-fars təşkilatı öz fikirlərini gücləndirmək üçün hətta "Qurani-Kərim"dən yozmalar edirlər. Çox təəssüf ki, İrana dini təhsil dalınca gedən əksər gənclər təsir altına düşür. Qoy, həmin gənclər bilsin və başa düşsün ki, onlara təlqin və tədris edilənlərin islama heç bir aidiyyatı yoxdur. Bunlar hamısı erməni-fars hərbi kəşfiyyatının birgə layihəsidir. Məqsəd də odur ki, türk dövlətləri, xüsusən də Azərbaycan daima təhdid altında olsun".

Müsahibimiz sonda onu da bildirib ki, əslində "şeytan dövləti" İrandır. Və onlar digər şeytanla-ermənilərlə bir olub dünyəvi dövlət olan Azərbaycana qarşı hər cür şərəfsizliyə gedirlər. 

Milli.Az


Etiketlər:  İranda Bakıdan gedən azərbaycanlılara ERMƏNİLƏR dərs keçir AÇIQLAMA


RƏYLƏR