Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Türkiyədə mədəndə partlayış olub, yaralananlar var

Türkiyədə mədəndə partlayış olub, yaralananlar var

Tarix: 6 Noyabr 2022 09:48

Türkiyənin Zonquldağ əyalətinin Kilimli rayonunda daş kömür mədənində baş verən partlayışda 4 işçi yaralanıb.

Bu barədə Sonxeber.net "Report"a istinadən xəbər verir.

Yaralılar xəstəxanaya aparılıb. Onlardan ikisinin vəziyyətinin ağır olduğu bildirilir.

Hadisə yerinə xilasetmə qrupu, polis, tibb işçiləri, Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) əməkdaşları cəlb olunub.

Partlayışın başvermə səbəbi açıqlanmır.


Etiketlər:  Türkiyədə mədəndə partlayış olub yaralananlar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ