Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Yaşayış kompleksinin sakinləri zibilliyə görə cərimələnib

Yaşayış kompleksinin sakinləri zibilliyə görə cərimələnib

Tarix: 4 Oktyabr 2019 17:06

Bakı. Samir Əli - Trend:

Yasamal rayonu, H.Zərdabi küçəsi 192 A ünvanında yerləşən “Melissa Park” yaşayış kompleksinin sakinləri tərəfindən kompleksin ərazisinə tullantıların atılaraq qalaqlanması ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə şikayət daxil olub.

Nazirlikdən Trend-ə verilən məlumata görə, 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən sözügedən əraziyə baxış keçirilib və fakt öz təsdiqini tapıb.

Araşdırma zamanı tikinti tullantılarının mənzilləri təmir olunan sakinlər- Fərid Cəlalov və Misirxan Məmmədov tərəfindən atıldığı aşkar edilib. Faktla bağlı təqsirkar şəxslər barəsində protokollar tərtib edilib və hər biri fiziki şəxs qismində 600 manat məbləğində cərimə olunub.

Ərazinin tullantılardan təmizlənərək əvvəlki vəziyyətə gətirilməsi məqsədilə “Melissa Park” yaşayış kompleksinin rəhbərliyinə icrası məcburi olan “məcburi göstəriş” verilib.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Yaşayış kompleksinin sakinləri zibilliyə görə cərimələnib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ