Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Noyabr 2022 19:10
Hazırda Belarus ərazisində Rusiyaya məxsus 9 min nəfərlik qoşun hissələri (13 zirehli transportyor) var. Ona görə də Belarus Ukrayna üçün kifayət qədər gərgin istiqamət olmaqda davam edir.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, bunu ukraynalı hərbi-siyasi müşahidəçi Aleksandr Kovalenko deyib.
Ekspert Belarusda yerləşdirilən rus əsgərlərinin sayı barədə danışarkən fəlakətli kadr çatışmazlığının olduğunu da bildirib:
"Məsələn, standart 143 tank əvəzinə bütün heyət 50-dən bir qədər çox tankla silahlanıb; ümumilikdə 429 zirehli döyüş maşını əvəzinə 50-ə yaxını var.
Bu kontingent əsasən, nəqliyyat vasitələri ilə təmin olunub, lakin ağır texnika, eləcə də artilleriya sahəsində onların kəskin çatışmazlığı var. Bundan əlavə, Rusiya Belarus ərazisindən sursat və texnika ixrac etməyə davam edir".
Ekspertin fikrincə, Belarus ordusunun tamamilə şərti döyüşə hazır resursunun cəlb edilməsi nəzərə alınmaqla, Rusiyanın bu istiqamətdə ümumi zərbə potensialı maksimum 23 min hərbçidən ibarətdir.