Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Noyabr 2022 14:24
İran hökumətinin nəzarətində olan media Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevin Tehrana gəlişini qəsdən təbliğ edir.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, bu barədə ABŞ-ın Müharibənin Öyrənilməsi İnstitutu məlumat yayıb.
"Patruşev İranın ballistik raketlərinin mümkün satışını müzakirə etmək üçün İrana gedib. Lakin Moskva onun səfərini hələ təsdiq etməyib. İran Təhlükəsizlik Şurasının katibi Əli Şamxani Patruşevi dəvət edib və qeyd edib ki, Patruşev Rusiya-İran münasibətlərini müzakirə etmək üçün İranın digər yüksək səviyyəli siyasi və iqtisadi rəsmiləri ilə də görüşəcək. İran Patruşevin gəlişini beynəlxalq diqqəti Moskva ilə Tehran arasında dərinləşən əməkdaşlığa cəlb etmək, habelə yüksək rütbəli bir rus məmurunun Ukraynaya qarşı müharibədə kömək üçün İrana müraciət etdiyini dolayısı ilə vurğulamaq üçün təbliğatını aparır. Tehran, çox güman ki, Moskva ilə strateji tərəfdaşlıqda, xüsusən də Kremlin İsrail və Səudiyyə Ərəbistanı kimi vaxtaşırı işlədiyi İranın regional düşmənləri qarşısında yenidən tarazlığın bərpa olunmasını açıq şəkildə bildirmək istəyir", - məlumatda deyilir.