Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qəhvə sayəsində sağ qaldılar

Qəhvə sayəsində sağ qaldılar

Tarix: 10 Noyabr 2022 19:56

Cənubi Koreyanın Kensan-Pukto əyalətinin şimal-şərqindəki Ponhva şəhərində iki mədənçi doqquz gün ərzində yerin 200 metr dərinliyində qalıb və hazır qəhvə ilə sağ qalıb.

Milli.Az bildirir ki, bu barədə "Vice" məlumat yayıb.

Sink mədəninin çökməsi nəticəsində 62 və 56 yaşlı iki kişi yerin 200 metr altında qalıb. Mədənçilər çölə çıxa bilməyiblər və onların su ehtiyatı qalmayıb. Onlar mədənin tavanından axan su damcılarını yığaraq xilas olublar. Kişilərdə şəkər və qaymaq olan 30 paket hazır qəhvə olub. Mədənçilər qarışığa qrunt sularını əlavə edib içiblər, bunun sayəsində enerji əldə ediblər. Onlar ümumilikdə 9 gün dağıntılar altında qalıblar.

İşçiləri tapmaq üçün ilk cəhdlər uğursuz olub. Axtarış zamanı xilasedicilər şaxtada deşik açaraq ora kiçik kamera yerləşdiriblər ki, bu da onlara itkin düşənlərin izinə düşməyə kömək edib. Onları isinmək üçün çiyin-çiyinə oturmuş vəziyyətdə tapıblar. Mədənçilər yerin altında qaldıqları müddətdə tuneldə ocaq yandırıblar.

Kişilərə səthə çıxmağa kömək edilib, sonra onlar xəstəxanaya yerləşdiriliblər. Zərərçəkənlərin vəziyyəti olduqca yaxşı olub. Onlar hadisədən tez sağalıblar. Mədənçilərin böyüyü hadisədən sonra kabuslar gördüyünü deyib. "Amma mən özümü yenidən doğulmuş kimi hiss edirəm və həyatımı yenidən yaşayıram", - o deyib.

İrfan Vəliyev
Milli.Az


Etiketlər:  Qəhvə sayəsində sağ qaldılar


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ