Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Noyabr 2022 20:27
Azərbaycanla əlaqələrimiz sistemli olub və ən başlıcası, konkret nəticələr verir.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bunu noyabrın 10-da Səmərqənddə Prezident İlham Əliyevlə görüşü zamanı Özbəkistanın Prezidenti Şavkat Mirziyoyev deyib.
"Bizim münasibətlər strateji əhəmiyyət daşıyır. Bir misal göstərim - bu il Sizinlə üçüncü dəfədir görüşürük. Bu, münasibətlərimizin strateji əhəmiyyətinə dəlalət edir. Siz üçüncü dəfədir ki, Özbəkistana səfər edirsiniz, buna görə Sizə çox təşəkkür edirəm. Əlaqələrimiz sistemli olub və ən başlıcası, konkret nəticələr verir. Bizim komandalar artıq bir-birini tanıyır. Biz Sizin gəlişinizə hazırlaşmışıq, çoxlu ciddi layihələr var, genişproqramlı çoxlu səfərlər olub. Artıq görüşürlər, söhbət edirlər. Hökumətlərarası Komissiyanın iclası uğurla, çox yaxşı keçib və həmkarlar Hökumətlərarası Komissiyanın sədri ilə söhbət ediblər, yaxşı plan nəzərdə tutublar", - Özbəkistan Prezidenti qeyd edib.