Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bakıda əlil şəxs arabası ilə birlikdə küçədə itkin düşdü

Bakıda əlil şəxs arabası ilə birlikdə küçədə itkin düşdü

Tarix: 5 Oktyabr 2019 07:57

Bakı. Samir Əli - Trend:

Bakıda əlil arabasında olan şəxs küçədə itkin düşüb.

Trend-in məlumatına görə, hadisə paytaxtın Nəsimi rayonunda baş verib.

Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyi, 3-cü küçədə yaşayan Məmmədov Kəramət Bəyzadə oğlu həmin küçədə yaşayan əlil Mudarov Mahir Çərkəz oğlunu Nəsimi rayonu, Alı Mustafayev küçəsi 10 saylı ünvanın yan tərəfində əlil arabasında saxlayaraq ondan ayrılıb. Təxminən 20 dəqiqə sonra həmin yerə qayıdan K.Məmmədov M.Mudarovu orada görməyib.

Faktla bağlı araşdırma aparılır.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Bakıda əlil şəxs arabası ilə birlikdə küçədə itkin düşdü


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ