Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Noyabr 2022 14:00
Beynində şiş aşkarlanan Əməkdar artist Tünzalə Əliyeva atasının onun xəstəliyi barədə bilmədiyini qeyd edib.
Sonxeber.net olay-a istinadən xəbər verir ki, sənətçi bu haqda "Bizimləsən" verilişinə müsahibəsində deyib.
Aktrisa doğmaları ilə vidalaşmaq üçün Gəncəyə yollanıb.
"Atam hələ də xəstəliyimi bilmir. 85 yaşı var, elə bilir mədəmlə əlaqəlidir. Atam mənə həmişə "böyük oğlum" deyir. "Böyük oğlu" onu qoyub, gedəcək...(Ağlayır) Mən sadəcə bu dünyada kimin mənə nə haqqı varsa, halal etsin istəyirəm. Heç kimdən pul istəyə bilmərəm, vaxtında istəmişəm, bitirmişəm o məsələni. Mən pulu nə edəcəm? Evimi satıb dərmanları ala bilərəm, sadəcə olaraq mənə dua etsinlər", - deyə, Əliyeva bildirib.