Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Kim dedi ki, Azərbaycanla münasibətləri normallaşdırmaq istəmirik?” - Paşinyan

“Kim dedi ki, Azərbaycanla münasibətləri normallaşdırmaq istəmirik?” - Paşinyan

Tarix: 11 Noyabr 2022 23:09

"Kim dedi ki, biz Azərbaycanla münasibətləri normallaşdırmaq istəmirik?".

Sonxeber.net "report"a istinadən bildirir ki, bunu ölkənin baş naziri Nikol Paşinyan deyib.

Paşinyan oktyabrın əvvəlində Praqada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşün ümumilikdə müsbət təəssürat yaratdığını bildirib.

Baş nazirin sözlərinə görə, Türkiyə Prezidenti ilə danışıq onu göstərib ki, bəzən mətbuat bəyanatlarında göründüyü kimi, onunla Ərdoğanın fikirləri və baxışları heç də bir-birinə uyğun gəlmir. Bu o demək deyil ki, Ermənistan və ya Türkiyə danışıqlar masası arxasında əvvəlki yanaşmalarından imtina edib.

"Aydındır ki, Ermənistanla Türkiyə arasında danışıqlarda Azərbaycan faktoru hansısa formada mövcuddur. Amma rəsmi səviyyədə tərəflərin ilkin şərt qoymadan münasibətlərin normallaşdırılmasının vacibliyindən danışması onsuz da pis deyil. Biz də istəyirik və mən Türkiyə Prezidenti ilə görüşdə Ermənistanın bir sıra məsələlərdə Türkiyənin mövqeyini necə qəbul etdiyi ilə bağlı bir sıra nüansları təqdim etməyə çalışdım", - Paşinyan qeyd edib.


Etiketlər:  dedi Azərbaycanla münasibətləri normallaşdırmaq istəmirik Paşinyan


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ