Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Azərbaycanla sülh müqaviləsinin bir neçə variantı var”

“Azərbaycanla sülh müqaviləsinin bir neçə variantı var”

Tarix: 12 Noyabr 2022 08:02

"Ermənistan ilin sonuna qədər Azərbaycanla sülh müqaviləsi imzalamaq üçün əlindən gələni edəcək".

Sonxeber.net "qafqazinfo"-ya istinadən xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.

Onun sözlərinə görə, sülh sazişinin bir neçə variantı var:

"Bu variantlardan biri bütün mümkün məsələləri dəqiqləşdirmədən Ermənistan-Azərbaycan münasibətlərinin ümumi sərhədlərini müəyyən edəcək bir saziş bağlamaq olar. Azərbaycanın bu yolla getməsi məqbuldursa, o zaman problem həll oluna bilər".

"Həmçinin beynəlxalq ictimaiyyət xəbərdar olmalıdır ki, sülh müqaviləsi qüvvəyə minənədək sərhədlərin delimitasiyası prosesi başa çatmalıdır", - deyə o bildirib.

Paşinyan əlavə edib ki, İrəvan sülh müqaviləsinin mətni ilə bağlı təklifləri Vaşinqtonda keçirilən görüşdə müzakirə olunub.


Etiketlər:  Azərbaycanla sülh müqaviləsinin neçə variantı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ