Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Noyabr 2022 20:20
Berlində bahalaşma, militarizm və silah tədarükünə qarşı nümayiş keçirilir.
Nümayiş solçu "Bölüşdürmə" dərnəyinin nümayəndələri tərəfindən təşkil edilib.
Nümayişçilərin şəhərin mərkəzindəki Qırmızı şəhər binasının qarşısına toplaşdıqları, daha sonra şəhərin əsas küçələrindən biri olan Fridrixştrasse ilə Kreuzberg metropoliten ərazisinə doğru irəliləyəcəkləri bildirilir.
Onlar, əsasən, kirayə qiymətləri və elektrik enerjisinin bahalaşmasına diqqət çəkiblər: "Bunun əvəzini kim ödəyəcək? Siz 8 faiz inflyasiyadan danışırsınız, amma biz müşahidə edirik ki, bir çox qiymətlər iki dəfə artıb.