Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Noyabr 2022 20:33
ABŞ prezidenti Co Bayden Kambocanı Kolumbiya ilə səhv salıb.
Sonxeber.net musavat.com-a istinadən bildirir ki, Pnompendə (Kambocanın paytaxtı) keçirilən ASEAN sammitində çıxış edən ABŞ prezidenti Kambocanı Kolumbiya deyə çağırıb.
"İndi biz burada, Kambocada yenidən bir yerdəyik, ümid edirəm ki, daha çox irəliləyişə nail olacağıq. Mən ASEAN sədri kimi Kolumbiyanın baş nazirinə hamımızı qəbul etdiyinə görə təşəkkür etmək istəyirəm", - deyə Bayden bildirib. Baş nazir dedikdə o, Kambocanın hökumət başçısı Hun Seni nəzərdə tutub.