Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Noyabr 2022 21:03
Qazaxıstanın Astana şəhərinin onomastika komissiyasının son iclasında bəzi toponimlərin dəyişdirilməsi məsələsinə baxılıb.
APA-nın newtimes.kz saytına istinadla xəbərinə görə, adının dəyişdirilməsi təklif olunan toponimlər arasında Heydər Əliyev küçəsi də var.
Ümummilli liderin adını daşıyan küçənin Dixankol adlandırılması təklif edilib. Heydər Əliyevin adının daha böyük küçəyə verilməsi qərara alınıb.
Qeyd edək ki, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev bu il oktyabrın 13-də Astanada Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdə H.Əliyevin adının daha sanballı küçəyə veriləcəyini bildirib: "Biz Azərbaycanın görkəmli dövlət xadimi Heydər Əliyevin adını daşıyan küçənin paytaxtımızda daha görkəmli yerə köçürməyin vacibliyindən danışmışıq. Belə bir yer müəyyənləşdirilmişdir. Mən onu bəyənmişəm. Bu, sadəcə, vaxt məsələsidir".