Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Makrondan türkcə paylaşım

Makrondan türkcə paylaşım

Tarix: 14 Noyabr 2022 07:42

"Türk xalqına mesajımız: acınızı paylaşırıq, başımız sağ olsun".

Milli.Az "report"a istinadən bildirir ki, bunları Fransa Prezidenti Emmanuel Makron Türkiyə xalqına dəstək məqsədilə İstanbulda törədilən terror aktı ilə əlaqədar tviter hesabında yazıb.

"Millətimiz üçün çox mənalı olan bu gündə 13 noyabr 2015-ci ildə (Fransada törədilən terror aktlarında-red) həyatını itirənləri yad edərkən, Türkiyə xalqı İstanbuldan ürəyindən hücuma məruz qaldı. Türk xalqına mesajımız: acınızı paylaşırıq, başımız sağ olsun. Terrorla mübarizədə sizinləyik", - Makron türk dilində etdiyi paylaşımda vurğulayıb.

Xatırladaq ki, 2015-ci ilin 13 noyabrında Fransada törədilən silsilə terror aktlarında 130 nəfər ölüb, 416 nəfər yaralanıb. Terror aktlarına görə məsuliyyəti İŞİD qruplaşması üzərinə götürüb.

Ötən gün Türkiyədə törədilən terror aktı zamanı 6 nəfər həlak olub, 81 nəfər yaralanıb.

Milli.Az


Etiketlər:  Makrondan türkcə paylaşım


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ