Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Pəncərədən yıxılan uşağı havada tutdu - VİDEO

Pəncərədən yıxılan uşağı havada tutdu - VİDEO

Tarix: 15 Noyabr 2022 16:20

Çində yerli sakin pəncərədən yıxılan uşağı havada tutub.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, baş verənlərin görüntüsü sosial şəbəkələrdə yayılıb.

Məlumata görə, hadisə Quandun əyalətində baş verib.

Kadrlardan görünür ki, avtomobilinə əyləşməyə hazırlaşan gənc qışqırıq eşidir və başını səs gələn tərəfə - yuxarı qaldırır. Bu zaman uşağın yıxıldığını görən kişi əllərini açaraq uşağı havada tutmağa çalışır.

Uşaq xəsarət almayıb, ancaq onu xilas edən şəxsin əzələsi dartılıb.

"Uşağın təhlükəsizliyi ən vacib şeydir. Gələcəkdə yenidən oxşar vəziyyətin şahidi olsam, yenə köməyə gedərəm", - deyə kişi baş verənlər barədə danışıb.

Milli.Az


Etiketlər:  Pəncərədən yıxılan uşağı havada tutdu VİDEO


RƏYLƏR