Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Prezident Tiranada “Mother Albaniya” abidəsini ziyarət edib

Prezident Tiranada “Mother Albaniya” abidəsini ziyarət edib

Tarix: 15 Noyabr 2022 17:18

Noyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Tiranada "Mother Albaniya" abidəsini ziyarət edib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Prezident İlham Əliyev abidənin önünə əklil qoydu.

Məlumat verildi ki, Milli Qəhrəmanlar Xiyabanında yerləşən on iki metrlik "Mother Albaniya" abidəsi 1971-ci ildə ucaldılıb. Nəhəng abidə Albaniya uğrunda canını qurban verərək həlak olmuş əsgərləri qoruyan bir ananı təmsil edir. Ana heykəli əlində dəfnə çələngi və ulduz tutub. Abidə üçmetrlik postament üzərində ucaldılıb. Postamentin üzərində "Vətən şəhidlərinə əbədi eşq olsun!" sözləri yazılıb.

Sonra dövlətimizin başçısı şəhərin mənzərəsini seyr etdi.

Milli.Az


Etiketlər:  Prezident Tiranada Mother Albaniya abidəsini ziyarət edib


RƏYLƏR