Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Oktyabr 2019 19:16
Bakı, Trend:
İngiltərənin Devon şəhərində şənbə günü səhər saatlarında avtobus aşıb.
Trend-in məlumatına görə, qəzada 10-dan çox adam xəsarət alıb birinin vəziyyəti isə ağır olaraq qiymətləndirilir. Devon polis idarəsinin açıqlamasında deyilir: "Hadisə yerinə təcili yardım maşınları və xilasetmə vertolyotu göndərilib. Polis əməkdaşları və yanğınsöndürənlər hadisə yerindədir".
Qəzanın baş verdiyi magistral hissədəki nəqliyyat müvəqqəti olaraq bağlanıb. Qəzanın səbəbləri araşdırılır.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin