Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Kino Agentliyinin Nizamnaməsi təsdiqləndi

Kino Agentliyinin Nizamnaməsi təsdiqləndi

Tarix: 16 Noyabr 2022 17:18

Prezident İlham Əliyev Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında Fərman imzalayıb.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, Fərmanla "Azərbaycan Respublikasının Kino Agentliyi" publik hüquqi şəxsin yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 20 aprel tarixli 1667 nömrəli Fərmanının icrası ilə əlaqədar qərara alınır:

- "Azərbaycan Respublikası Kino Agentliyinin Nizamnaməsi" təsdiq edilsin (əlavə olunur).

- Müəyyən edilsin ki, Azərbaycan Respublikası Kino Agentliyinin (bundan sonra - Agentlik) nizamnamə fondu 100000 (bir yüz min) manat təşkil edir və dövlət büdcəsinin vəsaiti hesabına formalaşır.

- Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi:

- Agentlik dövlət qeydiyyatına alındıqdan sonra Agentliyin strukturunu, əməyin ödənişi fondunu, işçilərinin say həddini və onların əməkhaqlarının (vəzifə maaşının, vəzifə maaşına əlavələrin, mükafatların və digər ödənişlərin) məbləğini bir ay müddətində təsdiq etsin;

- bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

- Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Fərmanın 2-ci hissəsində nəzərdə tutulan maliyyələşməni təmin etsin.


Etiketlər:  Kino Agentliyinin Nizamnaməsi təsdiqləndi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ