Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Dövlət Departamenti: Azərbaycandan ixrac Avropaya Rusiyadan enerji təchizatından imtinaya kömək edəcək

Dövlət Departamenti: Azərbaycandan ixrac Avropaya Rusiyadan enerji təchizatından imtinaya kömək edəcək

Tarix: 16 Noyabr 2022 22:39

ABŞ administrasiyası hesab edir ki, Azərbaycanın Avropa ölkələrinə enerji ixracı onların Rusiya təchizatından asılılığını azaltmağa kömək edəcək.

Milli.Az "report"a istinadən bildirir ki, bunu çərşənbə günü ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid Birləşmiş Ştatlar Senatının Xarici Əlaqələr Komitəsində keçirilən dinləmələrdə deyib.

"Biz çoxdan enerji təchizatının şaxələndirilməsinin tərəfdarıyıq. Və biz görürük ki, Rusiyadan həddən artıq asılı olan bütün ölkələr başqa mənbələr (təchizat - red) axtarırlar. Və bu kontekstdə Azərbaycan mühüm rol oynayır. Və düşünürəm ki, çox mühüm rol oynamağa davam edir", - o deyib.

"Biz Rusiyadan tədarükdən uzaqlaşdıqca Azərbaycandan Avropaya neft və qaz tədarükünün həcminin artdığını müşahidə etdik", - Donfrid vurğulayıb.

Milli.Az


Etiketlər:  Dövlət Departamenti Azərbaycandan ixrac Avropaya Rusiyadan enerji təchizatından imtinaya kömək edəcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ