Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Azərbaycan millisinin TARİXİ REKORDU

Azərbaycan millisinin TARİXİ REKORDU

Tarix: 16 Noyabr 2022 23:50

Azərbaycan millisi ardıcıl 4-cü qələbəsini qazanıb.

Milli.Az apasport.az-a istinadən bildirir ki, bu, yığma tarixində yeni rekordla yadda qalıb.

Buna qədər ardıcıl qələbə sayında rekord 3 oyun olub ki, bunlar 1993 və 2009-2010-cu illərə təsadüf edib.

Millətlər Liqasında Belarus (2:0), Slovakiya (2:1) və Qazaxıstanı (3:0) üstələyən Canni de Byazinin yetirmələri bu dəfə yoldaşlıq görüşündə Moldovaya qalib gəlib (2:1). Bu isə milli tarixinin mütləq rekordudur.

Qeyd edək ki, Azərbaycan yığması sonuncu dəfə iyunun 10-da Millətlər Liqası çərçivəsində Slovakiya ilə ev matçında (0:1) uduzub.

Milli.Az


Etiketlər:  Azərbaycan millisinin TARİXİ REKORDU


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ