Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Noyabr 2022 08:30
ABŞ Dövlət Departamenti Ermənistandakı diplomatik missiya əməkdaşları və onların ailələrinə, o cümlədən burda olan ABŞ vətəndaşlarına çağırış edib.
Departament təhlükəsizlik baxımından onlara Azərbaycanla sərhəd ərazilərə getməməyi tövsiyə edib.
Xüsusilə təhlükəli sayına ərazilər isə Tavuş rayonu M4 magistral yolu boyunca İcevandan şimala və şərqə doğru bütün ərazilər, Göyçə gölünün şərqində İstisu (Geqarkunik) rayonu, Göyçə gölünün cənubu və M10 şosesinin şərqi, Arazdəyən kəndi istiqaməti, Dərələyəz mahalı, Zəngəzurdur.
Qarabağa səfər isə ümumiyyətlə qadağandır.
Qeyd edək ki, Rusiyanın Ermənistandakı səfirliyi də analoji çağırışla çıxış edib.