Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Noyabr 2022 21:28
Polşa ərazisinə düşən raket Ukrayna Silahlı Qüvvələri tərəfindən buraxılıb.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, bu barədə Polşa Milli Təhlükəsizlik Bürosunun rəhbəri Yatsek Severa deyib.
"Sübutlar göstərir ki, biz Ukraynanın hava hücumundan müdafiə sistemi tərəfindən atılan S-300 raketindən söhbət edirik", - deyə o bildirib.
Qeyd edək ki, NATO rəhbərliyi də raketin məhz Ukrayna HHM-lərdən atıldığını bildirmişdi.