Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ağac kəsən şirkət cəzalanıb

Ağac kəsən şirkət cəzalanıb

Tarix: 6 Oktyabr 2019 09:20

Bakı. İlhamə Isabalayeva - Trend:

Nərimanov rayonu Mayakovski küçəsi, Montin bazarının yaxınlığında ağacların kəsilməsi faktı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) əməkdaşları tərəfindən bu ilin avqust ayında aşkar edilib və qanunamüvafiq tədbir görülüb.

Trend-in məlumatına görə, bunu jurnalistlərə ETSN-nin mətbuat katibi İradə İbrahimova bildirib. "Sözügedən ünvanda qəzalı vəziyyətdə olan yataqxana binasının söküntüsü zamanı bir neçə ağac icraçı şirkət RR CONSTRUVTİON MMC tərəfindən kəsilib. Faktla bağlı akt, protokol tərtib olunub, MMC hüquqi şəxs qismində 50 min manat məbləğində cərimə olunub."

Qeyd edək ki, dünən mətbuatda Nərimanov rayonu, Mayakovski küçəsində ağacların kəsilməsi və tədbir görülməməsi barədə məlumat getmişdi.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Ağac kəsən şirkət cəzalanıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ