Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Samirə Konçita ilə BİR ARADA - VİDEO

Samirə Konçita ilə BİR ARADA - VİDEO

Tarix: 18 Noyabr 2022 17:55

Azərbaycanı 2020 və 2021 -ci illərdə "Avroviziya" beynəlxalq mahnı müsabiqəsində təmsil edən müğənni Samirə Əfəndi Amsterdamda keçirilən "Het Grote" musiqi festivalında çıxış edib. 

Milli.Az bizim media-ya istinadən xəbər verir ki, ifaçı sözügedən yarışmanın digər məşhur iştirakçıları ilə kulis arxasında bir araya gəlib. 

Musiqi dolu gecədə müsabiqənin əvvəlki illərinin qalibləri Aleksandr Rıbak, Loreen, Tiks, Netta Barzi və digər müğənnilər rəngarəng ifaları və səhnə perfomansları ilə onları izləməyə gələn tamaşaçıları coşdurub. 

Onlarla ifaçının arasında Samirə Əfəndinin səhnədəki çıxışı da izləyicilər tərəfindən alqış və rəğbətlə qarşılanıb. Diqqət çəkən məqamlardan biri isə Əfəndinin Avstriyanın "Avroviziya" qalibi Konçita Vurstla görüşməsi olub. Həmin anları isə Samirə sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb.

Kadrlarda ifaçı avstriyalı həmkarına Bakıdan gətirdiyi şirniyyatı hədiyyə edir. 

Milli.Az


Etiketlər:  Samirə Konçita ilə BİR ARADA VİDEO


RƏYLƏR