Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

KİV: “Rusiyada müharibə fonunda kişi məhbusların sayı iki ayda rekord həddə azalıb”

KİV: “Rusiyada müharibə fonunda kişi məhbusların sayı iki ayda rekord həddə azalıb”

Tarix: 18 Noyabr 2022 23:50

2022-ci ilin sentyabr və oktyabr aylarında Rusiya islah koloniyalarında məhbusların sayı 23 min nəfər azalıb. 2010-cu ildən bu yana statistikada belə kəskin sıçrayışlar olmayıb. Hətta son illərin ən kütləvi amnistiyası belə qısa müddət ərzində daha az sayda rusiyalını azad edib.

Sonxeber.net "report"a istinadən bildirir ki, bu barədə "Mediazona" nəşri yazıb.

Məlumata görə, məhbusların sayının azalması koloniyalarda "Vaqner" özəl hərbi şirkətinin (ÖHŞ) koloniyalarda döyüşçülərin cəlb edilməsi fonunda baş verir.

Avqustun əvvəlində islah koloniyalarında təxminən 349 min nəfər saxlanılıb. Noyabrın əvvəlinə onlardan 325 mini qalıb, 23 mindən çox insan isə koloniyalardan yoxa çıxıb.

"2022-ci ildə Dövlət Duması amnistiya elan etməyib, məhbusların ağır vəziyyətini yüngülləşdirməli olan qanunlar da qəbul etməyib", - nəşr vurğulayıb.


Etiketlər:  KİV Rusiyada müharibə fonunda kişi məhbusların sayı ayda rekord həddə azalıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ