Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Noyabr 2022 12:35
Rusiyada məşhurlaşan azərbaycanlı müğənni Coninin (Cahid Hüseynli) bu gün Nijni Novqorodda keçirilməsi planlaşdırılan konserti təxirə düşüb.
Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, bu barədə sənətçi sosial şəbəkədə məlumat verib. O, bildirib ki, burnu axır və boğazı ağrıyır:
"Dostlar, biz uzun müzakirə etdik. Qərara gəldik ki, Nijni Novqorod və Kazandakı konsertlərimizin tarixini gələn aya dəyişək. Digər konsertlərim isə vaxtı dəyişdirilməyib".
Qeyd edək ki, konsertlə əlaqədar olaraq gecənin keçiriləcəyi idman sarayının yaxınlığında nəqliyyatın vasitələrinin hərəkəti məhdudlaşdırılacaqdı.