Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Noyabr 2022 16:32
Rusiyada, Ulan-Ude sakini hisslərinin sübutu olaraq özünü "harakiri" edib.
Sonxeber.net bildirir ki, "Babr Mash" Telegram kanalının məlumatına görə, rus sevgilisini sədaqətinə inandırmaq üçün özünü bıçaqla vurub.
Məlumata görə, həmin şəxs yerli supermarketdə mühafizəçi işləyib. Bir axşam o, evdə çülki arvadı ilə olub. Qadın, salat kəsərkən kişini xəyanətdə günahlandırıb və həmkarları ilə ona xəyanət etdiyini söyləyib. Sevgilisini bunun əksinə inandırmaq üçün kişi onun əlindən salat bıçağını alıb və qarnına vurub.
Kişi xəstəxanaya yerləşdirilib, orada məlum olub ki, onun orqanları zədələnməyib. Onun həyat yoldaşı kişidən sonra xəstəxanaya yerləşdirilib - qadın sinirləri müalicə edəcək. Onlar hadisə yerinə gələn polislərə bir-birlərinə qarşı heç bir iddialarının olmadığını bildiriblər.
İrfan Vəliyev