Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Noyabr 2022 14:21
Düyü və kətan toxumundan hazırlanan maska dərini təmizləyir daha hamar və parlaq edir. Eyni zamanda, bu maska günəş ləkələri, çillər və hamiləlik ləkələrinə qarşı da istifadə oluna bilər.
Sonxeber.net Axşam.az-a istinadən düyü və kətan toxumundan hazırlanan maskanı təqdim edir.
Tərkibi:
1 stəkan qaynar su
1 xörək qaşığı düyü
1 xörək qaşığı kətan toxumu
Hazırlanması:
Bütün inqrediyentləri bir qaba əlavə edib qapağı bağlayın. İki saat gözlədikdən sonra qarışdırıb yenidən 2 saat gözləyin. Bu prosesi 2-3 dəfə təkrarlayın. Düyü şişdikdən sonra qaynayana qədər aşağı odda bişirin və sonda soyumasını gözləyin. Qarışımı süzün. İçərisinə aloe vera geli, 1 çay qaşığı E vitamini də əlavə edə bilərsiniz. Maskanı axşam üzünüzə çəkib səhərə qədər dərinizdə qalmasına çalışın. Yuduqdan sonra nəmləndirici krem çəkin.