Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Noyabr 2022 15:52
Yevlaxda kişi özündən 7 yaş kiçik arvadını qətlə yetirib.
Sonxeber.net Xəzər TV-yə istinadən bildirir ki, hadisə Yevlax şəhər ərazisindəki keçmiş məcburi köçkünlərin məskunlaşdığı internat məktəbində qeydə alınıb.
Anar Salmanov Bərdə rayonundan həyat yoldaşı Nuridə Salmanova ilə birgə qayınanasının yaşadığı Yevlax rayonuna gəlib. Elə dəhşətli hadisə də onların məskunlaşdığı internat məktəbində qeydə alınıb.
Mərhumun anası kürəkəni ilə qızı arasında tez-tez mübahisələr olduğunu deyib. Qətli isə Anar Salmanov evdəkilər yuxuda olan zaman törədib. O, təsərrüfat ipi ilə həyat yoldaşı Nuridə Salmanovanı boğub. Qətlə yetirilən qadının anası hadisə zamanı heç bir səs eşitmədiyini deyib.
Qeyd edək ki, Kəlbəcər rayonunun Qılınclı kənd sakinləri olan cütlüyün 2 azyaşlı övladları var.
Baş verən hadisə ilə bağlı Yevlax Rayon Prokurorluğuna noyabrın 19-u saat 6 radələrində 22 yaşlı Nuridə Salmanovanın öldürülməsi barədə məlumat daxil olub. Araşadırmalar zamanı zərərçəkmişin əri, 29 yaşlı Anar Salmanovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı ip vasitəsilə Nuridə Salmanovanı boğaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı cinayət işi başlanıb. Anar Salmanov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: