Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Noyabr 2022 23:44
Kanada hökuməti Haitiyə humanitar yardım üçün 16,5 milyon Kanada dolları (12,3 milyon dollar) verəcək.
Kanadanın baş naziri Castin Trüdo bu barədə Beynəlxalq Frankofoniya Təşkilatının Cerba şəhərində keçirilən sammitində çıxışı zamanı bildirib .
Onun sözlərinə görə, Kanada Haitiyə lazımi humanitar yardım göstərməkdə davam edəcək. Ayrılan vəsait BMT-nin vəsaitləri vasitəsilə Haitiyə köçürüləcək.
Bundan əlavə, Trüdo bildirib ki, Ottava korrupsiyada şübhəli bildiyi Haitinin keçmiş prezidenti Mişel Martelliyə qarşı sanksiyalar tətbiq edib.