Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ronaldunun DÇ-2022-dəki favoritləri

Ronaldunun DÇ-2022-dəki favoritləri

Tarix: 22 Noyabr 2022 12:44

Portuqaliya millisinin hücumçusu Kriştianu Ronaldu DÇ-2022-nin favoritlərini açıqlayıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, o, Portuqaliyalı favoritlər sırasında görməyib: "Portuqaliyanın böyük potensialı var, amma biz Qana ilə oyun haqda düşünməliyik. Ən yaxşı komanda olsaq, finala kimi yüksələcəyik. Çempion komanda turnirin ən yaxşı komandası olacaq. Bizdə gənc və yaxşı oyunçular var.

Turnirin favoritləri? Braziliya, Argentina, Fransa, İspaniya, Almaniya ən çox şansı olan komandalardır. Onlar azarkeşləri də daxil olmaqla  yaxşı görünürlər. Bununla belə, 2016-cı ildə Portuqaliya artıq göstərdi ki, biz təəccübləndirə və öz oyunumuzu tətbiq etməyə qadirik".

Xatırladaq ki, Portuqaliya  DÇ-2022-də Qana, Cənubi Koreya və Uruqvay milliləri ilə eyni qrupda mübarizə aparacaq.

Milli.Az


Etiketlər:  Ronaldunun 2022 dəki favoritləri


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ