Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Noyabr 2022 22:14
Avropa İttifaqı Rusiyaya qarşı 9-cu sanksiyalar paketini hazırlayıb.
Sonxeber.net "qafqazinfo"-ya istinadən xəbər verir ki, bunu komissiyanın sədri Ursula von der Lyayen deyib.
"Əminəm ki, tezliklə Rusiya neftinin qlobal qiymətini təsdiqləyəcəyik",-deyə von der Lyayen bildirib.
O qeyd edib ki, Rusiyanın hücumlarına görə Ukrayna xalqı qışı işıqsız keçirməyə məcbur olub:
"Körpələr, onların valideynləri qaranlıqdadır və donurlar. Bu vəhşi hücumları şiddətlə qınayıram. Bunlar müharibə cinayətləridir".