Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Noyabr 2022 23:36
Mütəxəssislər artıq çəki yığmamaq üçün qışda ədviyyatlardan istifadə etmək və bulyon yeməyi tövsiyə edirlər.
Sonxeber.net "qafqazinfo"-ya istinadən xəbər verir ki, rusiyalı diyetoloq Anna Qonçarova hesab edir ki, ədviyyatlardan istifadə edilməsi piyin intensiv şəkildə sərf edilməsinə kömək edən aktiv mübadilə proseslərinin dəstəklənməsi üsullarından biridir.
"Darçın, zəncəfil, mixək, hil, eləcə də portağal və limon qabıqları immuniteti viruslardan müdafiə etməklə yanaşı, həm də maddələr mübadiləsinin sürətləndirilməsi və orqanizmdən mayenin çıxarılmasına kömək edir" - diyetoloq bildirib.
Hazırlanmasında nanə, giləmeyvələr, meyvələrdən istifadə edilən içkilər də qışda artıq çəkinin profilaktikası üçün faydalıdır. Anna Qonçarova quru meyvələrdən hazırlanmış təbii kompotu (şəkərsiz) qışda orqanizm üçün ən yaxşı maye mənbələrindən biri adlandırıb - belə içkinin tərkibində immun sistemi, maddələr mübadiləsinin işinə müsbət təsir edən mikroelementlər var.
Bundan başqa, qış menyusuna bulyonlar daxil olmalıdır. Mütəxəssisin sözlərinə görə, ördək və ya toyuq bulyonunun istehlakı maddələr mübadiləsi, immunitetin yaxşılaşdırılmasına köməklik edir: onlar orqanizmə faydalı piy verirlər.